“Azərbaycan üçün rəqəmsal transformasiya yeni gündəm deyil” -MƏCNUN MƏMMƏDOV

“Azərbaycan üçün rəqəmsal transformasiya yeni gündəm deyil” -MƏCNUN MƏMMƏDOV

Yerli İqlim Fəaliyyəti Həftəsi” demək olar ki, hər il keçirilir və biz bu platformanı hökumət qurumlarını, beynəlxalq təşkilatları, inkişaf tərəfdaşlarını, özəl sektoru və ekspertləri ümumi iqlim problemlərimizə praktiki həll yollarının tapılması ətrafında bir araya gətirdiyi üçün yüksək qiymətləndiririk.
SİA xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov “Bakı İqlim Fəaliyyəti Həftəsi 2026” çərçivəsində keçirilən Rəqəmsal transformasiya və süni intellekt: İqlimədavamlı kənd təsərrüfatının qurulması panel sessiyasında deyib.

Azərbaycan üçün rəqəmsal transformasiya yeni gündəm deyil. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz uzun illər ərzində dövlət idarəçiliyinin və ictimai xidmətlərin rəqəmsallaşdırılmasına ardıcıl şəkildə investisiya yatırıb, müasir rəqəmsal dövlətin formalaşdırılması üçün güclü institusional və texnoloji baza yaradıb.

Bu gün biz transformasiyanın yeni mərhələsinə qədəm qoyuruq. Bu mərhələdə süni intellekt və məlumatlara əsaslanan həllər dövlət xidmətlərinin keyfiyyətini daha da yaxşılaşdıra, daha əsaslandırılmış və səmərəli qərarların qəbulunu dəstəkləyə bilər.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə