Köç karvanı Ağdam şəhərinə çatıb, sakinlərə evlərin açarları təqdim edilib.
SİA xəbər verir ki, mərasimdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.
Ağdam şəhərinə yola salınan növbəti köç karvanı şəhərə çatıb.
SİA xəbər verir ki, sakinlərin qarşılanma mərasimi keçirilib.
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış çərçivəsində Ağdam şəhərinə növbəti köç karvanı yola salınıb.
SİA xəbər verir ki, bu mərhələdə Ağdam şəhərinə 362 nəfər (117 ailə) köçürülüb.
Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB