Almaniya və Monteneqronun xarici işlər nazirlikləri (XİN) Azərbaycanla əməkdaşlığın gücləndirilməsinə sadiq olduqlarını təsdiq ediblər.
SİA xəbər verir ki, bu barədə həmin ölkələrin XİN-ləri "X" sosial şəbəkəsində məlumat yayıb.
"Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə - Azərbaycan xalqını səmimi təbrik edirəm! Almaniya Azərbaycanla konstruktiv tərəfdaşlığı yüksək qiymətləndirir və ikitərəfli əməkdaşlığın dərinləşdirilməsinə, eləcə də regional sülh və firavanlığın təmin edilməsi üzərində işləməyə sadiq qalır", - Almaniya XİN-in Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya departamentinin direktoru Niklas Vaqner yazıb.
Monteneqronun Xarici İşlər Nazirliyi təbrikində Azərbaycana daha böyük uğurlar və firavanlıq arzulayıb.
"Müstəqillik Günü münasibətilə Monteneqronun Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının hökumətinə və xalqına ən səmimi təbriklərini bildirir. Biz Azərbaycana daha böyük uğurlar və firavanlıq arzulayır, həmçinin ölkələrimiz arasında həm ikitərəfli səviyyədə, həm də beynəlxalq formatlar çərçivəsində möhkəm tərəfdaşlığın daha da gücləndirilməsinə sadiqliyimizi təsdiq edirik", - məlumatda bildirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB