"Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) dünya əhəmiyyətli missiya və bildiyimiz kimi, COP29-dan sonra ölkəmizin ev sahibliyi etdiyi ikinci ən böyük beynəlxalq tədbirdir".
Bu sözləri SİA-ya açıqlamasında deputat Kamilə Əliyeva deyib.
Onun sözlərinə görə, əslində, bu Forum Azərbaycanın beynəlxalq əməkdaşlıq məkanında artan siyasi-iqtisadi çəkisini bir daha nümayiş etdirdi:
"Təsadüfi deyil ki, bu Forumda 182 ölkədən 57000-dən çox iştirakçı bir araya gəldi. Bakımız bir daha qlobal həmrəylik və beynəlxalq tərəfdaşlıq çərçivəsində iqtisadi inkişafımızı vacib platformada nümayiş etdirdi. Qeyd edək ki, bu Forumda ölkəmizin yüksək beynəlxalq nüfuzu, qlobal platformalarda getdikcə artan rolu, etibarlı tərəfdaşlığımız, mühüm təşəbbüslərin müəllifi olmağımız və nüfuzlu təşkilatçı kimi ən çətin işlərin öhdəsindən gəlməyimiz dünya liderlərinin gözləri önündə oldu. Həmçinin, müasir şəhərsalma siyasətinin əsas istiqamətləri, Azərbaycanın urbanizasiya təcrübəsi, tarixi-mədəni irsin qorunması sahəsində həyata keçirilən genişmiqyaslı işlər də bu vacib siyasətin mühüm tərkib hissəsi kimi diqqət çəkdi.
WUF13-ün əsas önəmli cəhətlərindən biri də bu oldu ki, Azərbaycan Yeni Şəhərsalma Proqramının icrasının 20 illik dövrünün orta mərhələsinə uğurla nüfuz etdiyini təqsdiqlədi, indiyədək əldə olunmuş nəticələrin qiymətləndirilməsi, mövcud çətinliklərin müəyyənləşdirilməsi, eləcə də qarşıdakı mərhələ üzrə əsas istiqamətlərin formalaşdırılması işini mühüm platforma kimi iştirakçılara əyani göstərə bildi. Bu Forumda həm də təsbit edə bildik ki, “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri”, mənzil təminatının sosial inklüzivliyin genişləndirilməsi və yoxsulluğun azaldılması, iqtisadi rifah və imkanların artırılması, eləcə də ekoloji dayanıqlılıq və iqlim dəyişikliklərinə davamlı şəhərlərin qurulması təkcə bir mövzu olaraq deyil, bir əməl olaraq da ölkəmizi ciddi narahat edir və dövlətimiz bu prosesi öz iqtisadi uğurları ilə həll edir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB