”Bütövlükdə qeyd etmək istərdim ki, BMT Ətraf Mühit Proqramı (UNEP) olaraq biz şəhərsalma gündəliyi ilə plastik strategiyasının əlaqələndirilməsinin vacibliyini xüsusi vurğulayırıq. Bildiyimiz kimi, şəhərlər həm problemin mərkəzi, həm də həllin əsas hissəsidir. UNEP bu istiqamətdə sübuta əsaslanan elmi baza formalaşdırır”.
SİA xəbər verir ki, bu sözləri “Plastik çirklənmə ilə mübarizə: yaşana bilən şəhərlərin və dairəvi iqtisadiyyatın təşviqi” panel müzakirəsində Sharon Gil bildirib.
Onun sözlərinə görə, şəhərlər dünyada plastik tullantıların böyük hissəsini yaradır, lakin eyni zamanda dəyişiklik üçün ən güclü idarəetmə alətlərinə də sahibdirlər , dövlət satınalmaları, şəhər planlaşdırması, tullantı idarəetmə infrastrukturu və ictimai maarifləndirmə kimi mexanizmlər sistemli transformasiyanı mümkün edir.
Hər gün dünyada təxminən 2 min zibil maşınına bərabər plastik tullantı okeanlara, çaylara və göllərə atılır. Hər il isə 19–23 milyard ton plastik tullantının ekosistemə qarışaraq su hövzələrini və dənizləri çirkləndirdiyi təxmin edilir.
UNEP hazırda şəhərlərin fəaliyyət göstərə bilməsi üçün mövcud məlumat boşluqlarını aradan qaldırır. Bu məqsədlə BMT qurumları , o cümlədən UN-Habitat, və digər beynəlxalq tərəfdaşlarla sıx əməkdaşlıq aparılır. Eyni zamanda WWF ilə birgə fəaliyyət çərçivəsində Qlobal Plastik Mərkəzi (Global Plastics Hub) vasitəsilə plastik çirklənmə ilə mübarizə üzrə 710-dan çox təşkilatı birləşdirən qlobal platforma formalaşdırılıb.
UNEP bu sahədə dörd əməkdaşlıq icması yaradıb və altı regional mərkəz vasitəsilə fəaliyyət göstərir. Eyni zamanda 18 ölkə ilə birlikdə plastik çirklənmə mənbələrinin müəyyənləşdirilməsi və milli fəaliyyət planlarının hazırlanması istiqamətində iş aparılıb.
Bu baxımdan, şəhərsalma və plastik strategiyasının inteqrasiyası davamlı inkişaf və ekoloji dayanıqlılıq üçün əsas istiqamətlərdən biri kimi çıxış edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB