İsrail İranın Azərbaycanın Naxçıvan Muxtar Respublikasında yerləşən hava limanına pilotsuz uçuş aparatları (PUA) ilə zərbə endirməsini kəskin şəkildə pisləyib.
SİA xəbər verir ki, bu barədə İsrail xarici işlər nazirinin müavini Sharren Haskel sosial media hesabında paylaşım edib.
Naxçıvanda baş verən hadisə İran rəhbərliyinin regionda həyata keçirdiyi təcavüzkar siyasətin növbəti açıq təzahürüdür. Onun sözlərinə görə, mülki infrastruktura qarşı belə hücumlar regionda təhlükəsizlik vəziyyətini daha da gərginləşdirir və beynəlxalq hüquq normalarına ziddir.
Ş.Haskel paylaşımında qeyd edib ki, İranın bu addımı onun regionda sabitliyi pozmağa yönəlmiş siyasətinin bariz nümunəsidir. “Bu gün səhər Azərbaycanda İranın özünü itirdiyinə dair daha bir sübut əldə etdik. Ayətullah rejimi növbəti qonşu ölkənin mülki hava limanına raket və PUA-lar atırsa, demək, artıq maskalar düşüb. Tehrandakı osminoqun başı artıq proksi qüvvələrin arxasında gizlənmir, birbaşa hücum edir və xaos yayır”, deyə o vurğulayıb.
İsrailli diplomatın sözlərinə görə, İranın bu cür addımları yalnız region ölkələri üçün deyil, bütövlükdə beynəlxalq təhlükəsizlik sistemi üçün ciddi risk yaradır. O qeyd edib ki, mülki obyektlərin hədəfə alınması qəbuledilməzdir və belə hücumlar qəti şəkildə pislənməlidir.
Ş.Haskel həmçinin beynəlxalq ictimaiyyətə çağırış edərək bildirib ki, İranın regionda həyata keçirdiyi hərbi və siyasi fəaliyyətlərə qarşı vahid mövqe nümayiş etdirilməlidir. “Dünya İranı dayandırmayana qədər, o dayanmayacaq”, deyə o əlavə edib.
Ekspertlər isə hesab edirlər ki, bu cür insidentlər regionda onsuz da gərgin olan təhlükəsizlik mühitini daha da mürəkkəbləşdirə bilər. Onların fikrincə, xüsusilə mülki infrastruktura qarşı hücumların artması regional sabitlik üçün ciddi risklər yaradır və diplomatik səviyyədə daha fəal addımların atılmasını zəruri edir.
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)


USD
EUR
GBP
RUB