"Regionumuzda yeni reallıqlar yaranıb. 44 günlük Vətən Müharibəsində əldə olunmuş tarixi Zəfər nəticəsində dövlətin yürütdüyü siyasi xətt də yeni dövrün reallıqlarına uyğun şəkildə dəyişir. Yeni dövrdə regionların, eləcə də, işğaldan azad olunmuş ərazilərin ölkə iqtisadiyyatına inteqrasiyası həyata keçirilir".
Bu sözləri SİA-ya açıqlamasında deputat Pərvanə Vəliyeva deyib.
.jpg)
Onun sözlərinə görə, Azərbaycanın əldə etdiyi sosial-iqtisadi və siyasi nailiyyətlər, mövcud potensial və imkanlar 2030-cu ilə qədər olan dövrdə Azərbaycanın iqtisadi suverenliyinin möhkəmlənməsinə, müasir həyat standartlarına əsaslanan yüksək sosial rifah cəmiyyətinin formalaşmasına və dövlətin daha da güclənməsinə zəmin yaradır: "Ölkəmiz yeni reallıqlar fonunda xarici siyasətdə də uğurlu fəaliyyət aparır, bu isə həm də müttəfiqlik, strateji tərəfdaşlıq əlaqələrinin güclənməsi ilə yeni iqtisadi əlaqələrin qurulması deməkdir. Buna uyğun olaraq, ölkəmizə yeni texnologiyalar, rəqəmsallaşma daxil olur. Bu isə ölkəmizdə aparılan kadr siyasətində də yeni dövrün çağırışlarına uyğunlaşma tələb edir.
Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlərdən biri də paytaxt və regionların tarazlı inkişafıdır. Regionlarda iqtisadi aktivliyin daha da artırılması üçün mövcud iş qüvvəsi və bütün resurslar tamamilə iqtisadi dövriyyəyə cəlb edilməlidir. Regionların sürətli inkişafı insanların keyfiyyətli iqtisadi imkanlara və fiziki infrastruktura çıxışı ilə müşayiət olunmalıdır. Regionlar paytaxtla müqayisə oluna biləcək yaşayış standartlarına malik olmalıdır.
Dövlət Başçımız tərəfindən Azərbaycanın regional inkişafının daha da irəliləməsi, yerlərdəki məmurların peşəkarlığının artırılması, sosial ədalətin təmin edilməsi və ölkə iqtisadiyyatının diversifikasiyası məqsədilə ciddi addımlar atılır. Dövlətimizin Başçısının təyin etdiyi rəhbərlərdən gözləntiləri aydın və konkretdir: xalqa xidmət etmək. Əsas prinsip hər bir vəzifəli şəxsin xalqın etimadını doğruldaraq onların rəğbətini qazanmasıdır. Yeni rəhbərlərə böyük etimad göstərilir və bu etimadı doğrultmaq əsas missiya olmalıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB