“Azərbaycan xalqının müstəqilliyə gedən yolda üzləşdiyi ən ağır və faciəvi hadisələrdən biri 1990-cı il 20 Yanvar faciəsidir. Bu qanlı hadisə Azərbaycan tarixində dərin iz buraxmış, xalqımızın yaddaşına silinməz şəkildə həkk olunmuşdur”. Bu sözləri SİA-ya açıqlamasında deputat Ceyhun Məmmədov deyib.
Onun sözlərinə görə, həmin gecə sovet ordusunun Bakıya və ölkənin digər bölgələrinə yeridilməsi nəticəsində yüzlərlə günahsız insan qətlə yetirilmiş, minlərlə vətəndaş yaralanmış, xalqın azadlıq və müstəqillik arzusu silah gücü ilə boğulmağa çalışılmışdır:
“20 Yanvar faciəsi təkcə hərbi müdaxilə deyil, eyni zamanda Azərbaycan xalqına qarşı törədilmiş ağır siyasi və mənəvi cinayət idi. Həmin dövrdə SSRİ rəhbərliyində və xüsusilə Rusiyada Azərbaycana qarşı mövcud olan şovinist və imperiya təfəkkürlü qüvvələr bu qanlı faciənin baş verməsində əsas rol oynamışdır. Dinc əhaliyə qarşı ağır texnika və silahlardan istifadə olunması beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması idi.
Bu faciəli hadisələrə ilk dəfə açıq və cəsarətli siyasi qiymət verən şəxs Ulu Öndər Heydər Əliyev olmuşdur. O, 1990-cı il yanvarın 21-də Moskvada Azərbaycanın daimi nümayəndəliyində çıxış edərək 20 Yanvar hadisəsini SSRİ rəhbərliyinin cinayəti kimi dəyərləndirmiş, günahsız insanların qətliamını kəskin şəkildə pisləmişdir. Heydər Əliyevin bu mövqeyi həm xalqın səsini dünyaya çatdırmış, həm də Azərbaycan xalqının haqq mübarizəsində mənəvi dayaq olmuşdur.
20 Yanvar faciəsi Azərbaycan xalqının azadlıq iradəsini sındıra bilmədi. Əksinə, bu qanlı hadisə müstəqillik yolunda xalqın birliyini daha da gücləndirdi və milli azadlıq hərəkatını sürətləndirdi. Bu gün 20 Yanvar şəhidlərinin xatirəsi dərin ehtiramla yad edilir, onların göstərdiyi fədakarlıq Azərbaycan dövlətçiliyinin və müstəqilliyinin əsas rəmzlərindən biri kimi qiymətləndirilir”.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)


USD
EUR
GBP
RUB