"Venesuelada baş verənlər əlbəttə ki, bir dövlətin suveren hüquqlarına təcavüzün bariz nümunəsidir. ABŞ-ın bu davranışını başqa cür adlandırmaq mümkün deyil". Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.
.jpg)
Siyasi şərhçi sözlərinə belə davam edib: "Belə bir hərəkət beynəlxalq hüququn prinsiplərinə ziddir və bu, ümumi beynəlxalq sistem üçün narahatlıq doğurur. Bu barədə beynəlxalq təşkilatlar da narahatlıqlarını ifadə ediblər - BMT İnsan Hüquqları Ofisi bildirib ki, bu cür müdaxilə beynəlxalq hüquqa ziddir və qlobal təhlükəsizliyi zəiflədə bilər.
Amma burada ikinci bir məsələni də xüsusi vurğulamaq lazımdır. Bir dövlət başçısı - konkret olaraq Venesuela Prezidenti Nikolas Maduro öz ölkəsini niyə bu günə salmalı idi? Niyə münasibətləri bu qədər gərginləşdirməli idi? Biz başa düşürük ki, ABŞ beynəlxalq hüququ ayaqlar altına alıb və Maduroya qarşı çox sərt addımlar atıb - o, evindən tutularaq ABŞ-a gətirilib və narkoterrorizm və digər ittihamlarla məhkəmə qarşısına çıxarılıb.
Amma bu vəziyyətə gəlmədən əvvəl bir yol var idi ki, Maduro bu qədər böhranlı bir duruma gətirilməsin. Təəssüf ki, o bunu bacarmadı. Ona görə də biz həmişə Azərbaycanla bağlı danışanda deyirik ki, böyük güclərlə əməkdaşlıq edərkən sərtlik də lazım olduqda göstərilməlidir, amma hər şeyin həddi, yeri, ölçüsü olmalıdır. Bunu Azərbaycan illərdir çox uğurla həyata keçirir".
Siyasi şərhçi qeyd edib ki, Venesuelanın bu vəziyyətə düşməsində müəyyən dövlət idarəçiliyi çatışmazlıqları var: "Çünki əgər lider dərin düşünməyi, strateji hədəfləri düzgün təyin etməyi bacarsaydı və öz gücünü daha realist qiymətləndirsəydi, bəlkə də bu cür biabırçı bir vəziyyət yaranmazdı. Nəticədə baş verib ki, başqa bir ölkənin hərbi qüvvəsi bu ölkənin prezidentini evindən götürərək başqa ölkəyə aparır və ona qarşı məhkəmə qurulur - bu, xüsusilə 21-ci əsr üçün çox böyük bir ayıbdır. Dövlətlər bu cür həssas məsələlərdə daha diqqətli davranmalıdırlar ki, beynəlxalq hüquq və suverenlik prinsipləri qorunub saxlanılsın".
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Warning: array_chunk() expects parameter 1 to be array, null given in /home/siaaz/www/classes/tpl.class.php(70) : eval()'d code on line 169
Warning: Invalid argument supplied for foreach() in /home/siaaz/www/classes/tpl.class.php(70) : eval()'d code on line 170




USD
EUR
GBP
RUB