"Paşinyanın İlham Əliyevə təşəkkür etməsi, təbii ki, Azərbaycan və Ermənistan arasında son dövrlərdə baş verən və müsbətə doğru irəliləyən sülh quruculuğu, eləcə də iqtisadi-siyasi əlaqələrin bərpası prosesində önəmli bir açıqlama kimi qəbul edilə bilər". Bu sözləri SİA-ya açıqlamasında beynəlxalq məsələlər üzrə tədqiqatçı Həşim Səhrablı deyib.
_(1).jpg)
Onun sözlərinə görə, bu açıqlamanın səmimiyyətinə tam şəkildə inanmaq üçün hələ tezdir: "Çünki Paşinyan hakimiyyəti hələ də seçkiləri bəhanə edərək, Ermənistan daxilindəki təlatümləri və siyasi çəkişmələri əsas gətirərək, Azərbaycanın əsas narahatlıq doğuran və sülhün imzalanması üçün əsas şərti olan konstitusiya dəyişikliyi məsələsini yubadır.
Paşinyanın təşəkkür etməsi ilə yanaşı, həyati önəm kəsb edən bu kimi məsələlərdə də real addımlar atması vacibdir. Ən başlıcası isə Ermənistan Konstitusiyasında dəyişiklik edilməlidir. Bu, Azərbaycanın haqlı və zəruri tələbi olmaqla yanaşı, regional təhlükəsizliyi təmin etmək, sülh prosesini legitimləşdirmək və tərəflər arasında qarşılıqlı etimadı möhkəmləndirmək məqsədi daşıyır. Ermənistan bu iradı qəbul etməli və bu istiqamətdə ciddi addımlar atmalıdır.
Hər halda, Paşinyanın təşəkkürü Azərbaycanın regionda formalaşdırdığı yeni reallıqların, dəyişən status-kvonun və Azərbaycanın artıq əsas aktora çevrildiyinin göstəricisidir. Kimsə iddia edə bilməz ki, bu təşəkkür tamamilə səmimidir. Əgər Paşinyan həqiqətən səmimi olsaydı, 2018–2020-ci illər arasında “Qarabağ Ermənistandır” kimi təxribatçı bəyanatlar verməzdi və müharibə olmadan da Azərbaycanın haqlı mövqeyini tanıyardı. 2020-ci il müharibəsində Azərbaycan ordusunun göstərdiyi güc və Qarabağın azad edilməsi Paşinyana və Ermənistan rəhbərliyinə göstərdi ki, artıq regionda güzəştlə nəsə əldə etmək mümkün deyil. Ona görə də Paşinyanın təşəkkürü, əslində, Azərbaycanın göstərdiyi humanist yanaşmanın-Ermənistanı daha da sıxışdırmaq əvəzinə, regionda sülhə və əməkdaşlığa yönəlik addımlar atmasının nəticəsi kimi dəyərləndirilməlidir.
Azərbaycan istəsəydi, güc və hərbi üstünlükdən istifadə edərək Ermənistanı daha ağır vəziyyətə sala bilərdi. Lakin bunun əvəzinə humanist addım ataraq regionda sabitlik və qarşılıqlı fayda əsasında əməkdaşlıq təklif etdi. Paşinyanın təşəkkürü də məhz bu siyasətin qəbul edilməsi və yeni reallıqların dərk edilməsinin simvoludur".
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)


USD
EUR
GBP
RUB