"Rusiya ilə Ukrayna müharibəsinə son qoymaq və sülh sazişi imzalamaq üçün müəyyən şəraitin yarandığı və Alaska danışıqlarından sonra müəyyən ümidlərimizin bir az da artdığı görünürdü". Bu barədə SİA-ya siyasi ekspert Abutalıb Səmədov bildirib.
_(1).jpg)
Onun sözlərinə görə, bir tərəfdən Rusiya əvvəlki mövqelərindən bir qədər geri çəkilib, digər tərəfdən Ukrayna daha konstruktiv mövqe tutmağa çalışır: "Bütün bunlar imkan verir ki, yaxın zamanlarda sülhün mümkün olduğuna inanmaq olsun və görünür ki, bunu ABŞ-ın vitse-prezidenti də bəyan edir. Çin bu prosesdə aktiv şəkildə iştirak etməlidir, çünki Rusiyaya ən çox təsir edən dövlətlərin başında gəlir. Eyni zamanda Hindistanın da bu prosesdə daha fəal iştirakına ehtiyac var. Avropa isə, çox təəssüf ki, sülhün baş tutmasında o qədər də maraqlı deyil və onun atdığı addımlar söhbət Avropa liderlərindən gedir sülhə deyil, müharibənin qızışmasına xidmət edən addımlardır. O şərtlər ki, Avropa liderləri irəli sürürlər, bu şərtlər yalnız müharibənin daha da qızışmasına gətirib çıxara bilər. Ümid edirəm ki, Tramp sülh danışıqları istiqamətində fəaliyyətini bir az da gücləndirsə və bu prosesə Çin və Hindistan aktiv şəkildə qoşulsa, yaxın zamanlarda sülhə nail olmaq olar. Burada Rusiyanın bir tərəfdən geri çəkilməyəcəyi aydındır. O, Donbası bütövlükdə nəzarətə götürmək istəyir. Ancaq bunun qarşılığında Rusiya işğal etdiyi ərazilərin bir qismini verməyə hazır olduğunu deyir. Eyni zamanda əvvəlki kimi dörd vilayəti inzibati sərhədləri ilə tələb etmir. Başqa tərəflərdə də müəyyən qədər yumşalma var.
Ümid edirəm ki, həm Rusiyaya, həm də Ukraynaya müəyyən təzyiqlər göstərilsə, sülhə nail olmaq mümkündür. Burada ən təhlükəlisi Ukraynanı sülhə məcbur etməkdir. Son dövrlər, çox təəssüf ki, ABŞ bu cür mövqe tutmağa çalışır. Belə olsa, Rusiyanı gələcək aqressiv addımlardan çəkindirmək çətin olacaq və ümumilikdə bu cür sülh dünyanın ziyanına olacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)


USD
EUR
GBP
RUB