“Beynəlxalq münasibətlərdə Azərbaycanın yeri möhkəmlənir” - MÜNASİBƏT BİLDİRİLDİ

“Cənab Prezident İlham Əliyevin dörd böyük toplantıda iştirakı dövlətimizin beynəlxalq fəaliyyətinin genişləndiyini göstərir”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclis sədrinin müavini Musa Qasımlı deyib.

Deputat bildirib ki, toplantılarda iştirak və çıxış etmək həm dövlətimizin artan beynəlxalq nüfuzunun sübutudur, həm də dövlət başçımızın dünyada etibarının, nüfuzunun daha da yüksəldiyini təsdiq edir:

“Bu toplantılar dünyanın müxtəlif qitələrində keçirilib: “Xüsusilə Yaxın Şərqdə sülh prosesinə həsr olunmuş konfransa dövlət başçımızın dəvət edilməsi ölkə rəhbərinin nüfuzunun və rolunun, beynəlxalq münasibətlərdə yerinin möhkəmləndiyini göstərir”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə