"Şimalı Kipr Türk Cümhuriyyətində indiyədək doqquz prezident seçkisi keçirilib". Bunu SİA-ya açıqlamasında türkiyəli politoloq Hasan Oktay deyib.
Onun sözlərinə gör ə,bu seçkilərin nəticəsinə görə altıncı prezident Tufan Erhürman seçilmişdir: "Seçkilərdə prezidentlərin siyasi meyllərinə baxıldığında, altı prezidentdən üçü sağ-mühafizəkar ənənədən gəlmiş, digər üçü isə sol meylli olmuşdur. Tufan Erhürman sol siyasətçilər sırasında yer alır. Bu tarazlıq göstərir ki, Şimali Kipr prezidentliyi mövqeyindən asılı olmayaraq, Türkiyə Respublikası ilə münasibətlərdə hər hansı bir problem yaşamadan əməkdaşlığı davam etdirəcək. Türkiyə dövləti də indiyədək olduğu kimi, gələcəkdə də seçilən prezidentlə münasibətlərini eyni səviyyədə saxlayacaq.
Şimalı Kipr məsəlində müxtəlif həll yolları mövcuddur. Hazırda Türkiyə daha çox iki dövlətli formulu önə çıxarır. Bununla yanaşı, Birləşmiş Millətlər Təşkilatında federasiya variantı da müzakirəyə açıqdır. Bu məsələlər zaman-zaman tərəflər arasında müzakirə edilir, lakin hələlik yekun nəticəyə gəlmək mümkün olmayıb.
Son seçkilərdə Tufan Erhürmanın seçilməsinin əsas səbəblərindən biri Türkiyədəki iqtisadi böhran və ölkənin hökumət daxilindəki vəziyyəti olmuşdur. Bu vəziyyət, eyni zamanda, Kipr xalqını Tufan Erhürman ətrafında birləşdirmişdir. Seçki prosesində Türkiyədəki hakimiyyətin Ersin Bəy mövzusunda apardığı propaganda isə müəyyən dozadan artıq olmuş və bunun nəticəsində Kipr xalqının reaksiyası seçim yolu ilə ifadə olunmuşdur".
Tufan Erhürman prezident andını verdikdən sonra ilk səfərini Türkiyəyə edəcək və iki tərəf arasındakı münasibətləri ən yüksək səviyyəyə çatdırmağa çalışacaq. Eyni zamanda, o, Avropa Birliyi, İngiltərə, ABŞ və regional strateji diplomatiya sahəsində hərtərəfli görüşlər apararaq Kıpr məsələsində dayanıqlı siyasəti qorumağa çalışacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə