Putinin keçmiş adyutantı ondan aldığı “mesaj”la Bakıya uçur...

Kreml münaqişəni susdurmağa çalışır...

Rusiya Fövqəladə Hallar Nazirliyinin idarə rəisi Aleksandr Kurenkovun istifadə etdiyi RA-89067 quyruq nömrəli Sukhoi Superjet təyyarəsi yaxın vaxtlarda Bakı hava limanına enəcək.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bunu "Flightradar"ın məlumatları sübut edir, "Mühüm Hekayələr" yazır.

Kurenkov keçmiş FSB və FSO əməkdaşıdır və 2015-ci ildən Rusiya lideri Vladimir Putinin şəxsi adyutantıdır.

2021-ci ildə Rusiya Milli Qvardiyasına keçib və 2022-ci ildə Putinin keçmiş köməkçisi olan mərhum nazir Yevgeni Ziniçevi əvəz edərək Fövqəladə Hallar Nazirliyinə rəhbərlik edir.

VÇK-OGPU Teleqram kanalının məlumatına görə, Aleksandr Kurenkov münaqişənin həlli üçün Azərbaycan rəsmiləri ilə qeyri-rəsmi danışıqlar aparmağı, Putinin Azərbaycan prezidenti İlham Əliyevə “mesajı”nı çatdırmağı və əvvəllər həbs edilmiş şəxslərin mübadiləsini təklif etməyi planlaşdırır.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə