"Rusiya tərəfi bu vəhşiliyi etiraf etmək istəmir" - Seyfəddin Hüseynli
"Rusiya rejimi tərəfindən işgəncələr nəticəsində insanlar həyatlarını itiriblər". SİA xəbər verir ki, bu sözləri Yekaterinburqda qətlə yetirilən iki azərbaycanlının qardaşları Seyfəddin Hüseynli jurnalistlərlə söhbətində bildirib.
O bildirib ki, Rusiya tərəfi bu vəhşiliyi etiraf etmək istəmir: "Dövlətimizin çevik və qətiyyəti sayəsində böyük bir faciənin qarşısı alındı. Biz dəhşətli rejimlə üz-üzə dayanmışıq. Mən dövlət başçımız başda olmaqla, dövlət stukturlarımıza, diplomatik korpus və diasporumuza minnətdarlığımı çatdırmaq istəyirəm".
O, əlavə edib ki, bu gün Azərbaycanda hüquq-mühafizə orqanlarının "Sputnik Azərbaycan"ın binasında keçirdikləri əməliyyat da onun üçün təsəlli olub: "Dövlətimiz qətiyyətli mövqe ortaya qoydu. Rusiyanın KİV adı altında fəaliyyət göstərən casus şəbəkəsi ifşa olundu".
Bütün xəbərlər Facebook səhifəmizdə