“Bu gün Niderland və Fransa adamızda öz müstəmləkəçilik istismarlarını gücləndiriblər”.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu sözləri “One Saint Martin” təşkilatının prezidenti Rhoda Arrindell BMT-nin Nyu-Yorkdakı Baş qərargahında Bakı Təşəbbüs Qrupu tərəfindən “Dekolonizasiya: Sakit inqilab” adlı beynəlxalq konfransda çıxışı zamanı deyib.
O, bildirib ki, Fransa və Niderland rəsmi olaraq Afrika əsilli insanları ayrıca qrup kimi tanımır. Onun sözlərinə görə, küçələrdə gündəlik asayişi həyata keçirən yerli polis qüvvəsi olsa da, əslində asayiş Fransa və Niderlandı təmsil edən səlahiyyətli şəxslər tərəfindən təmin edilir: “Əgər Sen Martində cinayət törətməkdə təqsirli bilinirsinizsə, sizi Qvadelupdakı həbsxanaya aparırlar. Mən indi Sen Martində bir gənclə işləyirəm, o, Fransa hakimiyyətindən qaçır, çünki söz azadlığı hüquqlarını müdafiə etdiyinə görə onu həbs etməyə çalışırlar. O, indi rəsmi olaraq Niderland hissəsində yaşayır və sərhədi keçdiyi anda həbs oluna biləcəyinə dair əmr var”.
Rhoda Arrindell bildirib ki, Sen Martin xalqı haqlı olaraq onlardan əcdadlarına qarşı dəymiş ziyana görə ədalət tələb etməklərini istəyir: “Biz BMT-nin müstəmləkədən azad edilməli olan ərazilər siyahısına yenidən daxil olmağı tələb etmişik. Niderland və Fransadan tam müstəqilliyimizi istəyirik və sizdən gözləyirik ki, müstəqilliyimizi əldə etməyimizə köməklik göstərəsiniz. Ürək ağrısı ilə izləyirəm ki, biz Afrika əsilli insanlar ünsiyyət üçün öz aramızda Afrika dillərində deyil, Avropa dillərində danışırıq”.
Bütün xəbərlər Facebook səhifəmizdə