"Heydər Əliyevin arzusu Türk dövlətləri arasında birlik yaratmaq idi" - HULUSİ KILIÇ DANIŞDI
“Can Azərbaycanımızın Ümummilli Lider Heydər Əliyevi vəfatının 21-ci ildönümdə rəhmət və sevgi ilə yad edirəm. Ümummilli Lider müasir Azərbaycan dövlətinin qurucusudur. Liderlər dünyasını dəyişsələr belə, onların fikirləri sonsuza qədər yaşayacaq. Bu fikirlərə cənab İlham Əliyev yeni fikirlər qataraq uğurla yaşadır. Türk dünyası daxil olmaqla Ulu Öndər Heydər Əliyevin formalaşdırdığı və inkişaf etdirdiyi azərbaycançılıq fəlsəfəsi Azərbaycanın müasir dünyadakı rolunu gücləndirdi. Dövlətçiliyi ortaya qoydu”. Bu sözləri SİA-ya açıqlamasında Türkiyənin ölkəmizdəki sabiq səfiri, “İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyə təmsilçisi Hulusi Kılıç deyib.
Onun sözlərinə görə, Ümummilli Lider Sovetlər birliyi vaxtında türk xalqlarının birliyini möhkəmləndirmək və ortaq dəyərlərimizi qorumaq üçün böyük əmək sərf edib: "“Ulu Öndər Sovetlər birliyi tərkibində yaşayan eyni etnik mənsubiyyətə, köklərə sahib olan türk xalqları ilə əməkdaşlığa həmişə böyük diqqət göstərmişdir. Bu çərçivədə qonşu türk dövlətləri Özbəkistan, Qırğızıstan, Qazaxıstan, Türkmənistan arasında ədəbi və mədəni əlaqələri inkişaf etdirmək üçün konsertlər, tədbirlər keçirilməsini göstəriş vermişdir. Heydər Əliyev 1997-ci ildə Moskvanı tərk edərək, Naxçıvana getdi. Naxçıvanda olduğu müddətdə Süleyman Dəmirəl ilə yaxın münasibətlər qurmuşdu və "Ümüd" körpüsünün açılışını həyata keçirmişdir. Heydər Əliyev 1994-cü ildə Türkiyəyə ilk dəfə gəldiyində, Türkiyə parlamentində möhtəşəm çıxış etmişdi. O, “biz bir millət, iki dövlətik” cümləsi ilə Türkiyə və Azərbaycan vətəndaşları üçün bir şüar yaradıb”.
Sabiq səfir qeyd edib ki, Ulu Öndərin arzusu Türk dövlətləri arasında birlik yaratmaq idi: “Onun bu arzusu sonrakı illərdə reallaşdırılmışdır. Eyni zamanda Qarabağın azad edilməsi də vəsiyyətləri arasında yer alırdı. Ulu Öndəri belə tanıyıram. Millətinə bağlı, millətini sevən, Azərbaycan mənim həyatımdır deyən bir lider idi. Çox uğurlu və böyük lider idi. Azərbaycana çox önəm verirdi. Türkiyədə bir Heydər Əliyev sevgisi var. Onu biz türk dünyasının ən önəmli liderlərindən biri olaraq xatırlayırıq. Allah rəhmət eləsin. Ruhu şad olsun. Onun siyasi mirasçısı Ali Baş Komandan İlham Əliyevə Allah uzun ömür, can sağlığı versin. Allah Azərbaycanı qorusun”.
Seyranə Quliyeva
Bütün xəbərlər Facebook səhifəmizdə