"Qayıdışımız sülh yolu ilə olacaq" - Musa Quliyev

"Qərbi Azərbaycana qayıdışla bağlı müxtəlif məsələlər müzakirə etmişik". SİA xəbər verir ki, bu sözləri komitə iclasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

O bildirib ki, bu icma olduqca böyük işlər görüb: "Demək olar ki, cəmiyyətimizin ən önəmli məsələsinə çevrilib. Artıq bizim əsas məqsədimiz Qərbi Azərbaycan olub. Təşəbbüs qrupunun yaradılması çox əhəmiyyətlidir. Bu yol asan deyil, uzun yoldur. Biz artıq Qərbi Azərbaycan mücadiləsini beynəlxalq arenaya çıxardırıq. Beynəlxalq tədbirlərimizə millət vəkillərini çağırmalıyıq. Yaxşı olar ki, xarici ölkələrdə Qərbi Azərbaycanla bağlı kitablar nəşr olunsun və bunun üçün də kömək edilsin. Kitablar xarici müəlliflərin təşəbbüsü ilə yazılsın ki, bizim təşəbbüsümüzə dəstək verilsin. Qayıdışımız sülh yolu ilə olacaq. Belə tədbirlərin keçirilməsi yeni fikirlərin yaranmasına və bizə motivasiya verir".

Bütün xəbərlər Facebook səhifəmizdə