Gün keçdikcə NATO daxilində ziddiyyətlər artır. Buna səbəb dünyada artan gərginliklərdir. Buna görə də NATO üzvləri arasında fikir ayrılıqları hökm sürür. Buna baxmayaraq, onlar son günlərə qədər Ukraynanın Alyansa daxil olması ilə bağlı həmfikir idilər. Bu gün isə üzvlər Ukraynanın birliyə daxil olması məsələsində belə cəsarətli addımlar ata bilmirlər. Rəsmi Kiyevin Alyansa üzvlüyü hələ müzakirə mövzusu deyil. Yəqin ki, onlar bunun üçün müharibənin başa çatmasını gözləyəcəklər.
Müttəfiqlər, ümumiyyətlə, müharibə uzandıqca daha çox tərəddüd yaşayırlar. Nəzərə almaq lazımdır ki, Alyansı təşkil edən dövlətlərin maraqları NATO-nun maraqlarına həmişə uyğun gəlmir. ABŞ və Avropa, xüsusən də Ukrayna münaqişəsi ilə bağlı fərqli perspektivlərə malikdir. Verilən bəyanatlara və baş verən hadisələrə görə Vaşinqton artıq Rusiya ilə üz-üzə gəlməkdə maraqlı deyil. ABŞ-ın Ukraynaya dəstəyinin azalması bunun əksidir. Beləliklə, ABŞ və Avropa arasındakı fikir ayrılıqları NATO-nun birliyinə mənfi təsir göstərir.
Bununla belə, NATO-nun iki mühüm tərəfdaşı olan ABŞ və Türkiyə bir neçə regionla bağlı fərqli fikirdədirlər. Cənubi Qafqaz, Yaxın Şərq və Şərqi Avropa bunun ən yaxşı nümunəsidir. Bundan əlavə, Yunanıstan və Türkiyə arasındakı gərgin münasibətlər NATO-nun birliyini təhdid edən məsələlərdəndir. Bununla belə, Rusiya Alyansın varlığından narahatdır. Digər tərəfdən isə Bütün NATO ölkələrinin Moskvaya qarşı mövqeyi eyni deyil. Məsələn, Türkiyə bir digər müttəfiqlərdən fərqli olaraq Rusiya ilə münasibətləri davam etdirməyə çalışır. Bu, o deməkdir ki, Alyansla Rusiya arasında əlaqələr pisləşsə və birbaşa münaqişə başlasa belə Türkiyə ilə Rusiya arasında toqquşma olmayacaq. Məsələn keçən həftələrdə Macarsıntanın Rusiya əleyhinə olan heç bir əməliyyata qatılmayacağını NATO-nun da buna hörmət edəcəyi ilə bağlı açıqlamalar eşitdik. Hətta Zelenskinin də NATO-nun yetərsizliyi ilə bağlı dedikləri və dünyanın artıq yeni bir kollektiv müdafiə təşkilatına ehtiyacı olduğu fikri bu təşkilatın artıq qeyri-effektiv olduğunun göstəricisidir.
Bütün bu nüanslar NATO-nun dağılması üçün əsaslı amillərdir. Təbii ki, bu, bir gecədə baş verməyəcək. Amma proses alyansın dağılmasına doğru gedir. Bütün bunlardan sonra qurulacaq yeni qlobal nizam və onun mərkəzi isə gedişata görə təyin olunacaq. Bundan əlavə, ABŞ=ın prezident seçkilərinin nəticəsi də NATO-nun birliyinə təsir edə bilər. Beləliklə, respublikaçılar seçkilərdə qalib gəlsələr, Rusiya ilə əlaqələr bir qədər yumşalacaq və NATO-ya ayrılan diqqət azalacaq. Baydenin seçkilərdən çəkilərək meydanı Trampa buraxmasından sonra buradakı vəziyyət də NATO-nun əleyhinə işləyəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB