"Biz Azərbaycan dövləti olaraq sülh prosesinə inanmasaydıq buna təşəbbüs göstərməzdik". SİA xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Fransanın xarici işlər naziri Ketrin Kolonna ilə birgə təşkil olunan mətbuat konfransında qeyd edib.
Nazir qeyd edib ki, sülh sazişi 2021-ci ilin yanvar ayından cənab Prezident İlham Əliyev tərəfindən səsləndirilmişdir: "Sülh sazişi zamanla hazırlanıb qarşı tərəfə təqdim olunmuşdur. ABŞ-a təşəkkürlərimizi bildirmək istərdik ki, bu prosesdə fəal iştirak edirlər. Ermənistan tərəfi yenidən sülh sazişinə baxmaq üçün fikirlər bildirib. Biz sülhü daima dəstəkləyirik".
Müəllif: Banuçiçək Hüseynli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB