"Fransanın başqa arzusu yoxdur" - NAZİR BİLDİRDİ

"Biz hər zaman qeyd etmişik Fransa davamlı şəkildə Azərbaycan və Ermənistan arasındakı sülhü bərpa etməyə çalışıb". SİA xəbər verir ki, bu sözləri Fransanın xarici işlər naziri Ketrin Kolonna Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin inzibatı binasında təşkil olunan və nazir Ceyhun Bayramovun da iştirak etdiyi mətbuat konfransında qeyd edib.

Onun sözlərinə görə, Fransanın hər hansısa bir digər məqsədi və arzusu yoxdur: "Fransa sülh müqaviləsinin imzalanmasını istəyir. Çox inanırıq ki, buna da nail olacayıq".

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə