"Yaxın zamanlarda Ermənistan danışıqlar masasına gələ bilər" - NAZİR DANIŞDI
"Bugünkü görüşdə xanım nazirə post münaqişə dövründəki hazırki durumu diqqətinə çatdırdım". SİA xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Fransanın xarici işlər naziri Ketrin Kolonna ilə birgə təşkil olunan mətbuat konfransında qeyd edib.
Nazirin sözlərinə görə, görüşdə sülh müqaviləsi ilə bağlı proseslər qeyd edildi: "Yaxın zamanda Ermənistanın danışıqlar masasına gəlməsi gözlənilir. Ermənistan tərəfi sülh müqaviləsi ilə bağlı ləngimələr həyata keçirir. Sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı proseslərə də Ermənistan tərəfi birtərəf yanaşır".
Müəllif: Banuçiçək Hüseynli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB