"Səfərin əhəmiyyəti bir ölkənin sərhədlərini artıq çoxdan keçib" - POLİTOLOQ ŞƏRH ETDİ

"Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Bolqarıstana səfərini təkcə Bolqarıstana səfər kimi qiymətləndirmək düzgün deyil". Bu sözləri SİA-ya açıqlamasında politoloq Əlimusa İbrahimov bildirib.

Onun sözlərinə görə, bu səfəri Avropaya - Avropanın üçdə birinə səfər kimi - Balkanlarda yerləşən bütün ölkələrə səfər kimi qiymətləndirmək lazımdır: "Bu səfərin əhəmiyyəti bir ölkənin sərhədlərini artıq çoxdan keçib. Azərbaycan artıq bütün Avropa ölkələri ilə ciddi müttəfiq kimi dəyərləndirilir. Bu gün Azərbaycanın Avropa İttifaqı ölkələri ilə münasibətdə əhəmiyyəti Avropanın istənilən ölkəsindən daha yüksəkdir və daha əhəmiyyətlidir. Mübaliğə etmədən demək mümkündür ki, Avropanın özünü Avropanın başında hesab edən Fransa kimi ölkələr Avropa ölkələri üçün bəlkə Azərbaycandan daha az faydalıdır. Bu gün Avropanın Baltikyanı ölkələr kimi sonradan qoşulan ölkələr məhz Azərbaycanın yardımı sayəsində müasir çağırışlara davam gətirə bildilər. Düşünürəm ki, Azərbaycanın indiki şəraitdə Avropa üçün əhəmiyyətini İlham Əliyev daha dəqiq qiymətləndirdi: “Biz Avrasiyanın enerji xəritəsini yenidən cızırıq”.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə