Rusiya-Ukrayna müharibəsində soydaşlarımızın vəziyyəti necədir? -GƏNC POLİTOLOQ RƏY BİLDİRDİ

"Rusiya-Ukrayna müharibəsi bizim üçün orada yaşayan soydaşlarımız üçün çox çətin bir məsələdir". Bu sözləri SİA-ya açıqlamasında gənc politoloq, Azərbaycan humanitar əməkdaşlıq mərkəzinin direktoru Eldar Əlizadə deyib.

Gənc politoloqun sözlərinə görə, biz azərbaycanlılar iki il bundan əvvəl Qarabağ müharibəsini görmüşük və yaşamışıq. Onun nəzərində də bu müharibədə bizim üçün çox çətin günlər yaşayırıq orada. Rusiyanın prezidenti və onun yanında olan şəxslər istəyirlər ki, öz məqsədlərinə doğru çatsınlar. Əlbəttə ki, bu müharibədə iki ölkənində çox böyük səhvləri olmuşdur. Və biz orada yaşayan azərbaycanlılarla çalışırıq ki, bizim soydaşlarımıza və orada əziyyət çəkən digər vətəndaşlara yardım edək. Humanitar yardımlarla tez-tez vətəndaşların yanına gedirik. Daha çox siyasi işlərdən uzaq durmağa və siyasi məsələlərə qarışmaq istəmirik. Amma Azərbaycan Respublikasının Diasporla İş Üzrə Dövlət Komitəsinin köməyliyi ilə birlikdə biz oradakı gənclər tez-tez humanitar yardımlar edirik. Orada müharibə şəraitində əziyyət çəkən vətəndaşlarımıza psixoloji yardımlarda göstəririk. Bu istiqamətdə görülən işlərlə biz öz üzərimizə düşən işləri çalışdığımız qədər görürük. Müharibədə bildiyiniz kimi iştirak edən soydaşlarımız var və biz ümid edirik ki, onlarda inşallah sağ salamat evlərinə geri dönər və tezliklə bu müharibə sona çatar".

Müəllif: Ziya Hikmət oğlu

Bütün xəbərlər Facebook səhifəmizdə