Şuşa Qlobal Media Forumunda süni intellekt və yeni media trendləri müzakirə edilib - FOTOLAR
IV Şuşa Qlobal Media Forumu çərçivəsində "Media üfüqləri: Süni intellekt, vizual hekayəçilik və yeni nəsil təcrübələr" mövzusuna həsr olunmuş panel sessiyası keçirilib.
SİA-nın Şuşaya ezam olunmuş əməkdaşı xəbər verir ki, müzakirələrə Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktoru Fərhad Məmmədov moderatorluq edib.
Paneldə texnoblogerlər Fərid Pərdəşünas və Tariyel Ağazadə, eləcə də blogerlər Gela Vasadze və Diana Knud çıxış edərək media sahəsində rəqəmsal transformasiya, süni intellektin yaratdığı imkanlar və bu texnologiyaların informasiya istehsalına təsiri barədə fikirlərini bölüşüblər.
Çıxışlarda bildirilib ki, süni intellekt xəbərlərin hazırlanması, vizual məzmunun yaradılması və auditoriya ilə əlaqələrin qurulmasında yeni imkanlar açsa da, dezinformasiyaya qarşı mübarizə, etik normaların qorunması və məzmunun etibarlılığının təmin edilməsi əsas prioritetlərdən biri olaraq qalır.
Müzakirələr zamanı vurğulanıb ki, rəqəmsal platformaların sürətli inkişafı jurnalistlərin peşə bacarıqlarını daim yeniləməsini, süni intellekt alətlərindən düzgün və məsuliyyətli şəkildə istifadə etməsini zəruri edir.
Sessiyada yekun olaraq qeyd olunub ki, süni intellekt və innovativ texnologiyalar media sektorunun gələcək inkişaf istiqamətlərini müəyyənləşdirən əsas amillər sırasındadır və bu imkanlardan peşəkar, şəffaf və etik prinsiplər çərçivəsində istifadə xüsusi əhəmiyyət daşıyır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB