Şuşa Qlobal Media Forumunda rəqəmsal platformalarda təhlükəsiz informasiya mühiti müzakirə olunub - FOTOLAR
Şuşada keçirilən IV Qlobal Media Forumu çərçivəsində “Rəqəmsal platformalarda təhlükəsiz informasiya mühiti: Müasir çağırışlar və vacib həllər” mövzusunda panel sessiyası keçirilib.
SİA- nın Şuşaya ezam olunmuş əməkdaşı xəbər verir ki, sessiyanın moderatoru Milli Kibertəhlükəsizlik Agentliyinin nümayəndəsi Həvva Hüseynli olub. Paneldə Milli Kibertəhlükəsizlik Agentliyinin İdarə Heyətinin sədri Fərid Zeynalov, sosial media təlimçisi və tədqiqatçısı Dr. Karen Sutherland, “TikTok”un Şərqi Avropa üzrə ictimai siyasət və dövlət qurumları ilə əlaqələr direktoru Diana Ryan, eləcə də LinkedIn şirkətinin ictimai sektor, səhiyyə sahəsi və qeyri-kommersiya satışı üzrə rəhbəri Seamus Clancy çıxış ediblər.
Panel sessiyasında rəqəmsal platformalarda informasiya təhlükəsizliyi, kibertəhdidlər, dezinformasiyaya qarşı mübarizə, sosial media platformalarının məsuliyyəti və təhlükəsiz rəqəmsal mühitin formalaşdırılması istiqamətində müasir yanaşmalar müzakirə olunub.
Daha sonra forum çərçivəsində D-8 Media Mükəmməllik Mərkəzinin strategiyasının təqdimat mərasimi keçirilib.
Tədbirdə Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və D-8 Təşkilatının Baş katibi Sohail Mahmud çıxış ediblər. Çıxışlarda D-8 ölkələri arasında media sahəsində əməkdaşlığın genişləndirilməsi, dezinformasiyaya qarşı birgə mübarizənin gücləndirilməsi və yeni texnologiyaların etik istifadəsinin təşviqinin əhəmiyyəti vurğulanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)
.jpg)

USD
EUR
GBP
RUB