“Bütün bu qüvvələr sülh prosesinə müqavimət göstərməyə çalışır və bu istiqamətdə müxtəlif xarici aktorların da təsiri müşahidə olunur. Bəzi ölkələr Cənubi Qafqazda gedən prosesləri öz nəzarətində saxlamağa və regiondakı siyasi-iqtisadi dinamikanı yönləndirməyə cəhd edirlər”.
SİA xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Fariz İsmayılzadə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçirilən “Prezident İlham Əliyevin sülh strategiyası sabitliyin qarantıdır” mövzusunda dəyirmi masada çıxışı zamanı səsləndirib.
Deputat bildirib ki, Cənubi Qafqazın strateji əhəmiyyəti son illərdə daha da artıb. Onun sözlərinə görə, region nəqliyyat və logistika dəhlizləri, enerji resurslarının daşınması və beynəlxalq ticarət marşrutları baxımından xüsusi əhəmiyyət daşıyır.
Fariz İsmayılzadə qeyd edib ki, Türk dünyasının inteqrasiyası və Zəngəzur dəhlizi kimi layihələr geosiyasi baxımdan böyük maraq doğurur və bu marşrutlara nəzarət etmək cəhdləri müşahidə olunur.
Deputat vurğulayıb ki, bütün bu proseslər fonunda Azərbaycan regionda etibarlı tərəfdaş və mühüm aktor kimi çıxış edir, sabitlik və əməkdaşlığın təmin olunmasında əsas rol oynayır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB