Düşmənin Su-25 döyüş təyyarəsi məhv edilib - Rəsmi

Bölmələrimizin şəxsi heyətinin sayıqlığı nəticəsində mövqelərimizə havadan hücum edən düşmənin Su-25 döyüş təyyarəsi də məhv edilib.

Bu barədə SİA-ya Müdafiə Nazirliyindən məlumat verilib.

Bundan əlavə, Zəngilan istiqamətində mövqelərimizə hücum edən düşmən canlı qüvvə sarıdan 30-dək itki verərək Ermənistan ərazisinə geri çəkilib.

Bütün xəbərlər Facebook səhifəmizdə