Doğrudanmı, "arvad döyən kişini it də tutur”?..

Vay, vay, vay... gör vəziyyət nə həddə çatıb ki, indi daha Karib ölkələri də bundan sonra onlara minnətçi düşüb bu ölkələrin vətəndaşlıqlarını almaq istəyən nə Rusiya, nə də Belarusdan gələnlərə vətəndaşlıq verməyəcək.

Belə görünür ki, Karib regionu dövlətlərinin dünənə qədər tələb etdiyi şərtlər də nə ruslar, nə də belaruslar üçün “keçərli” olmayacaq.

Yeri gəlmişkən bildirək ki, Karib regionu dövlətlərində vətəndaşlıq pulla satılır. Özü də necə?

Məsələn, öz vətəndaşlığını ən ucuz qiymətə Karib dənizindəki kiçicik Dominika adası təklif edir... cəmi 100 min dollar ödə və onların bir sıra “göstərişlərimə” əməl eləmək kifayətdir. Sən artıq Dominika vətəndaşısan.

Deyim ki, Karib regionunda yerləşən Sent-Kits və Nevis adalarında da, Antiqua və Barbuda da müəyyən fəqlərlə dünyanın ən uşuz vətəndaçlığını almaq olar.

İndi təsəvvür edin ki, bundan sonra bu dövlətlər də nə ruslara, nə də belaruslara vətəndaşlıq verməyəcəklər(?).

...Ey gidi dünya...burda deyirlər ey...”arvad döyən kişini it də tutar”.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə