Çin həkimləri müəyyən ediblər ki, ənənəvi Çin təbabəti məhsulu olan Jenşen bədxassəli şişlərin bəzi növlərinin şüalanmaya qarşı müqavimətini əhəmiyyətli dərəcədə zəiflədir və sağ qalan xərçəng hüceyrələrinin aqressivliyini azaldır.
SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki,araşdırmanın nəticələri "Journal of Pharmaceutical Analysis" tərəfindən dərc edilib.
Bildirilib ki, jenşen hüceyrələrin bölünməsində, şişin daxilində yeni qan damarlarının əmələ gəlməsində və xərçəng hüceyrələrinin miqrasiyasında mühüm rol oynayan TNC zülalının işini maneə törədir. Jenşenin aşağı qiyməti ondan xərçəngin radioterapiyası üçün ucuz dərmanların hazırlanmasında istifadə etməyə imkan verir.
SİA-nın əlavəsi: Jenşenə bizlərdə... "yeradamı" da deyilir. Əsil vətəni Çin sayılsa da, yabanı halda Şimali Koreya, həmçinin Rusiyanın Xabarovsk və Primorsk vilayətlərində yayıllb. Əsas etibarı ilə enliyarpaqlı-kedr meşələrində, bəzən küknar qarışıqlı palıd meşələrində bitir. Yumşaq, çürüntü ilə zəngin, orta rütubətli torpaqlarda daha geniş yayılır. Düz günəş şüalarına qarşı davamsız olduğundan heç vaxt açıq ərazilərdə rast gəlinmir.
Qeyd edim ki, Jenşen bitkisini ilk dəfə 1953-cü ildə Xabarovsk vilayətindən Azərbaycana- Zaqatalaya gətirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB