Ufada, Cənub qəbiristanlığında dəfn xidməti agentliyinin rəhbəri Kseniya Boqoslovskaya ilə qəbiristanlığın rəhbəri Oleq İevlev arasında dava düşüb.
SİA “REN TV”ə istinadən xəbər verir ki, münaqişə dəfn yeri üstündə baş verib.
Belə ki, qadın çuxur qazmağa çalışsa da menecer buna mane olub. Nəticədə ritualist kürəklə İevlevə hücum edib.
Davadan sonra qəbiristanlıq işçisi xəstəxanaya yerləşdirilib.
Qeyd olunur ki, oxşar hadisə fevralın 2-də Şimal qəbristanlığında da baş verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB