Kimyəvi və plastik tullantı limiti kəskin şəkildə artıb və ...

"Phys.org" internet saytının xəbərinə görə...

Dünyada kimyəvi və plastik tullantı limitinin böyük ölçüdə artdığı və təcili istehsal məhdudlaşdırmasına ehtiyac duyulduğu bidlirilib.

SİA-nın əldə etdiyi məlumata görə, "Phys.org" internet saytı xəbər verir ki, Stokholm Dözümlülük Mərkəzinin (Stockholm Resilience Centre) mütəxəssisləri plastik çirkliliklə bağlı araşdırma aparıblar. Elmi iş zamanı dünya üzrə təxminən 350 min fərqli kimyəvi və plastik tullantı olduğu və bunun böyük əksəriyyətinin ətraf mühitə zərər verdiyi ortaya qoyulub.

Araşdırma aparan alimlərdən Betani Karni Almrot (Bethanie Carney Almroth) sözügedən mövzu ilə bağlı deyib: "Bu gün gördüklərimiz dünyanın və sistemlərin mühüm funksiyalarına təsir edəcək qədər böyükdür. Plastik istehsalına sərhəd qoyulmalıdır. Bir sıra kimyəvi maddələr canlıların hormon sisteminə daxil olaraq maddələr mübadiləsini və törəməyi pozur.”

Qeyd edək ki, son araşdırmalarda dünyadakı plastik çirkliliyinin ümumi nisbəti bütün canlı heyvan biokütləsinin dörd qatı qədərdir.

“Stockholm Resilience Centre” son bir neçə ildir istixana qazı emisiyaları, şirin su istifadəsi və ozon təbəqəsinə bağlı Yer kürəsinə mənfi təsir edən məsələləri araşdırır.

Bütün xəbərlər Facebook səhifəmizdə