Bir çox insan zülal baxımından ən keyfiyyətli qida olan yumurtanın yuyulub yuyula bilməyəcəyi ilə maraqlanır. Ümumiyyətlə, insanların çoxu aldıqları yumurtaları qabıqlarını hər hansı bakteriya və ya çirkdən təmizləmək üçün yuyur. Bəs, yumurtanı yumaq düzgündürmü?
SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, yumurtaları soyuducuya qoyarkən yuyulmamalıdır. Çünki yuyulduqda yumurtanın səthindəki dəliklər genişlənir və nəticədə bakteriya çoxalır.
Əgər onu yuyarsanız, yumurtanın qoruyucu xarici təbəqəsini zədələyir, onu nazikləşdirir. Bu, qabıqdakı zərərli mikroorqanizmlərin, xüsusilə salmonella bakteriyasının yuyulma səbəbiylə açılan mikroskopik məsamələrdən asanlıqla yumurtaya daxil olmasına səbəb olur. Nəticədə, elmi araşdırmalar yumurta yuyulmasının səhv olduğunu iddia edir.
Leyla Həsənəliyeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB