Dörd Eyfel qülləsi böyüklüyündə olan asteroid Yerə yaxınlaşacaq
Eyfel qülləsindən dörd dəfə böyük olan 138971 (2001 CB21) adlı nəhəng asteroid Yerə yaxınlaşır.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Rusiyanın "Roskosmos" kosmik agentliyi öz "Telegram" kanalında bildirib.
Ölçüsü təxminən 1,3 kilometr olan səma cismi martın 4-də Yerin orbitindən minimum məsafədən keçəcək.
Mütəxəssislərin obyekti "potensial təhlükəli" kateqoriyasına aid etmələrinə baxmayaraq, proqnozlara görə, o, Yerlə toqquşmamalıdır, çünki o, dörd milyon kilometrdən çox uzaq məsafədən keçəcək. Bu da Aya qədər olan məsafədən 10 dəfə çoxdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB