Müəllimin anakondası dostunun itini uddu

Müəllimin anakondası dostunun itini uddu

Fransa Qvianasında 39 yaşlı riyaziyyat müəllimi Sebastyan Baskulet balıq ovunu çox xoşlayır.

SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, bir gün balıq ovunda təsadüfən 5 metrlik anakondaya rast gəlir və onu tutmağı bacarır.

Sebastiyan uşaqlarının marağına səbəb olacağını düşünərək ilan evə gətirir. Axşamı anakondanı hamam otağında saxlayır.

Elə ilk gündə ilan müəllimin dostunun itini diri-diri udur. Vəziyyəti belə görən Sebastiyan uşaqlarını başına yığaraq anakonda ilə fotosesiya çəkdirir və vəhşini evindən 12 kilometr uzaqlıqda təbiətə buraxır.

Bütün xəbərlər Facebook səhifəmizdə