Corcinadan Ronaldoya bahalı ad günü hədiyyəsi

Corcina Rodriqes sevgilisi Kriştiano Ronaldoya ("Mançester Yunayted") ad günündə avtomobil hədiyyə edib.

SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, model dünən 37 yaşını qeyd edən portuqaliyalı oyunçuya "Cadillac Escalade" avtomobili alıb. Bu avtomobilin qiymətinin 200 min dollardan başladığı bildirilir.

Kriştiano bu gün "Mançester Yunayted"in təlim-məşq bazasına yeni maşını ilə gedib.

Bütün xəbərlər Facebook səhifəmizdə