Mərakeşdə xilasedicilər fevralın 2-də quyuya düşən beş yaşlı uşağı 32 metrlik quyudan çıxarıblar.
SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, yaralı təcili yardım maşını ilə aparılıb.
Onun helikopterlə başqa bir şəhərdəki xəstəxanaya aparılacağı bildirilir.
Uşağın vəziyyəti barədə məlumat verilmir.
Xilasedicilər Rayan adlı oğlanı xilas etmək üçün quyuya paralel başqa bir tunel qazmalı olublar.
P.S. Bütün dünyanın xilasetmə əməliyyatını həyəcanla izlədiyi beş yaşlı Rayan öldü
Xatırladaq ki, hadisə fevralın 1-də baş verib. Xilasetmə əməliyyatı zamanı uşaq üçün quyuya oksigen balonu, su, yemək və müşahidə kamerası endirilib. Xilasetmə işlərinə yüzlərlə insan cəlb edilib. Hadisə yerində mühəndislər və xüsusi texnika çalışıb. Həkimlər uşağa dərhal ilkin tibbi yardım göstərmək üçün hadisə yerində günlərlə gözləyiblər. Oğlanı dərhal xəstəxanaya aparacaq vertolyot da hazır vəziyyətdə gözlədilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB