Hollandiyanın Rotterdam limanı illik təxminən 14 milyon ton karbon emisiyası ilə “Avropanın ətrafı ən çox çirklədən limanı” oldu.
Belçikanın paytaxtı Brüsseldəki ətraf mühit təşkilatı “Transport & Environment” (T&E) tərəfindən aparılan araşdırmada Avropada ən çox karbon (CO2) emisiyası yaradan limanlar müəyyənləşib. Araşdırmaya görə, ətrafı ən çox çirkləndirən limanlar arasında
1. illik 13,7 milyon ton CO2 ilə Rotterdam limanı birinci,
2. Belçikanın Anvers limanı 7,4 milyon ton ilə ikinci,
3. Almaniyanın Hamburq limanı 4,7 milyon ton ilə üçüncü sıradadır.
Avropa ölkələri arasında ən çox karbon emisiyası yaradan limanlar sıralamasında
- Hollandiyadakılar illik 17,6 milyon ton ilə birinci,
- İspaniyadakılar 13,9 milyon ton ilə ikinci,
- İngiltərədəkilər 11,1 milyon ton ilə üçüncü,
- İtaliya 10,4 milyon ton ilə dördüncü,
- Almaniya 9,5 milyon ton ilə beşinci ölkə olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB