Keşiş kilsə zənginə görə cərimələndi

İtaliyanın Koversiano şəhərində şəhərində yerli sakinlərlə keşiş arasında 5 il davam edən mübahisə başa çatıb.

SİA əldə etdiyi məlumata görə, Toskani əyalətinin kilsə rəhbərliyinə edilən çoxsaylı müraciətlər mənasız olub. Keşiş saat 8.00-dan 21.00-dək gün ərzində Müqəddəs Məryəm ana kilsəsinin zənglərini 2000 dəfə çalırmış. Bu da insanlarda narazılıq doğurub.

Nəhayət, məsələyə Ətraf Mühitin Mühafizəsi Agentliyi müdaxilə edib. Onlar lüzumsuz səs-küy yaradan din xadiminə 2 000 avro (4 000 manat) cərimə kəsiblər.

Bundan sonra kilsə rəhbərliyi keşişə zəngdən ancaq əhalini ibadətə çağırmaq üçün istifadə etməyi tapşırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə