Britaniyalı müğənni Ed Şiran mobil telefondan imtina edib.

SİA xarici mətbuata istinadla xəbər verir ki, müğənni depressiyaya düşdüyü üçün smartfondan imtina etdiyini bildirib.

Şiran qeyd edib ki, smartfona görə hər zaman pis əhvali-ruhiyyədə olub və ondan imtina etdikdən sonra həyatında hər şey düzəlib.

Sənətçi insanlarla əlaqəni kəsmədiyini, ancaq onlarla münasibəti məhdudlaşdırdığını söyləyib.

O, hazırda ünsiyyət üçün elektron poçtdan istifadə edir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...