Maqadanda itlərə görəfövqəladə vəziyyət elan edilib

Rusiyanın Maqadan şəhərində küçə itlərinə görə fövqəladə vəziyyət elan olunub.

SİA xəbər verir ki, bu barədə yerli administrasiyanın saytında məlumat verilib.

“Sahibsiz itlərlə nə etmək lazımdır, təəssüf ki, məsələ həll olunmamış qalır. Bildiyiniz kimi, küçə itləri yarı vəhşi heyvanlardır, bir neçə nəsil küçədə doğulmuş və insanlardan yalnız qida bazası kimi istifadə etməyə öyrəşmiş sinantrop yırtıcılardır”, - deyə Maqadan meri Yuriy Qrişan bildirib.

Həmçinin it saxlayan sakinlərə müraciət edilərək ev heyvanlarını nəzarətsiz Maqadan küçələrinə buraxılmaması istənilib.

Fövqəladə vəziyyətin müddəti açıqlanmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə