Kosmosda müəmmalı enerji mənbəyi aşkar edilib

Avstraliyalı astronomlar saatda üç dəfə nəhəng enerji partlayışı yaradan naməlum fenomen aşkar ediblər. Bu kosmik fenomen elm adamlarının əvvəllər qarşılaşdıqları heç bir şeyə bənzəmir.

SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, bu barədə “Nature” jurnalında dərc olunan məqalədə deyilir.

Tədqiqatçılar hesab edirlər ki, müəmmalı mənbə neytron ulduz və ya super güclü maqnit sahəsinə malik ağ cırtdandır (ulduz təkamülünün son mərhələsində ölçüləri planetlərlə müqayisə edilə bilən və effektiv temperaturu çox böyük olan ulduzlar - red.). Obyekt Yerdən təxminən dörd min işıq ili məsafəsində yerləşir.

Bütün xəbərlər Facebook səhifəmizdə