Türkiyədə yeni bir bitki növü kəşf edildi

Nümunələr üzərində 7 il davam edən ayrıntılı araşdırmaların sonunda alimlər bitkinin elm dünyası üçün yeni bir növ olduğu qənaətinə gəliblər

Türkiyənin Rize rayonunda Rəcəb Tayyib Ərdoğan Universiteti ilə Trabzonun Qaradəniz Texniki Universitetindən 3 alimin apardığı araşdırma nəticəsində Çıldır gölü ətrafında görünən yeni bitki növü vinsetoksium anatolikum (vincetoxicum anatolicum) adı ilə endemik növ olaraq elm dünyasına tanıdılıb. SİA bu barədə Türkiyə mətbuatına istinad edir.

Rəcəb Tayyib Ərdoğan Universiteti Fən-Ədəbiyyat fakültəsi Biologiya kafedrasının professoru Sərdar Makbul və müəllim Səhər Güvən ilə Qaradəniz Texniki Universitetindən Fən fakültəsi Biologiya kafedrasının müəllimi, professor Kamil Coşqun Çələbi icra etdikləri birgə elmi iş zamanı Qarsın Çıldır gölü ətrafında rast gəldikləri fərqli bitki növündən nümunələr yığıblar. Nümunələr üzərində 7 il davam edən ayrıntılı araşdırmaların sonunda alimlər bitkinin elm dünyası üçün yeni bir növ olduğu qənaətinə gəliblər.

"Vincetoxicum anatolicum" adı verilən bitki haqqında 2020-ci ildə çıxan məqalə 2021-ci ilin dekabrında beynəlxalq dərəcəli jurnal "Nordic Journal of Botany"də dərc olunub və beləliklə, bitki elm dünyasına yeni endemik növ kimi tanıdılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə