Bruney sultanının qızının bir həftə davam edən toyu başa çatıb

Bruney sultanı Hassanal Bolkiahın qızı, 36 yaşlı şahzadə Fadzillanın toyu başa çatıb.

SİA “Daily Mail”ə istinadən xəbər verir ki, şahzadə Avanq Abdullah Nabil Mahmud Al-Hashimi adlı gəncə ərə gedib.

Toy bir həftədən çox davam edib. Təntənəli mərasim yanvarın 16-da Bruney sultanının qızının evlənməsinə rəsmi xeyir-dua verməsi ilə başlayıb.

Yanvarın 20-də toyun dini hissəsi Bruneyin paytaxtı Bəndər Seri Beqavandakı Ömər Əli Seyfuddin məscidində baş tutub. Şənlik yanvarın 23-də Kral Sarayında başa çatıb.

Qeyd edək ki, şahzadə Fadzilla Sultanın və monarxın boşandığı ikinci həyat yoldaşı Məryəm Əbdül Əzizin qızıdır. O, Hassanal Bolkiahın on iki övladının doqquzuncudur.

Şahzadə Londonda Kinqston Universitetinin Beynəlxalq Münasibətlər fakültəsini bitirib.

Fadzilla Bruney milli netbol komandasına rəhbərlik edir və sağlamlıqla bağlı xeyriyyə layihələrində iştirak edir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...