Türkiyədə 2021-ci ildə nə qədər uşaq dünyaya gəlib?

Türkiyə Daxili İşlər Nazirliyi Əhali və Vətəndaşlıq İşləri Departamentindən verilən məlumata görə...

Türkiyədə 2021-ci ildə 1 milyon 47 min 975 körpə dünyaya gəlib. SİA bu barədə Türkiyə mətbuatına istinad edir.

Türkiyə Daxili İşlər Nazirliyi Əhali və Vətəndaşlıq İşləri Departamentindən verilən məlumata görə, ən çox seçilən adlara baxıldığında oğlan uşaqlarından 7134-ünə Yusif, 6304-ünə Alparslan, 5777-inə Miraç adları qoyulub. Bu adlardan sonra sırasıyla Ömər Asaf, Eymen, Göktuğ, Ömər, Mustafa, Aras və Əli Asaf adları gəlir.

Qız uşaqlarına ən çox verilən adlar arasında isə ilk yerdə Zeynəb adıdır. 2021-ci ildə Zeynəb adı 10.130 qıza qoyulub.

Bundan başqa, 6546 körpəyə Əlif, 6496-sına isə Asel adları verilib.

Keçən il körpələrə qoyulan digər adlar isə Asya, Dəfnə, Azra, Nehir, Zümra, Eylül və Əcrindir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...