ABŞ tarixində ilk dəfə çip istehsalına ən böyük sərmayə qoyuldu

“İntel”dən verilən məlumatda bildirilir...

Dünyanın ən böyük mikroçip istehsalçısı “İntel” ABŞ-ın Ohio ştatında 2 yeni çip fabrikinin inşası üçün 20 milyard dollardan çox sərmayə qoyacağını elan etdi. SİA bu barədə Türkiyə mətbuatına istinad edir.

“İntel”dən verilən məlumatda bildirilir: “Sözügedən sərmayə inkişaf etmiş yarımkeçiricilərə artan tələbatı qarşılamaq məqsədilə istehsalı çoxaltmağa kömək olacaq.

Yeni istehsal səbəkəsinin inkişaf etdirilməsini dəstəkləmək üçün bölgədə bir qabiliyyət xətti yaradılması və araşdırma proqramlarının artırılması üçün təhsil qurumları ilə ortaqlıqlara da əlavə 100 milyon dollar ayrılacaq.

Layihə Ohio tarixində ən böyük xüsusi sektor sərmayəsidir. İlkin mərhələdə 3 min adama qalıcı məşğulluq təmin edilməsi, istehsal müəssisəsinin inşaatında isə 7 min nəfərin işləməsi nəzərdə tutulur.

Fabriklərin inşası 2022-ci ilin sonu, istehsal isə 2025-ci ildə başlanacaq”.

ABŞ prezidenti Co Bayden (Joe Biden), “İntel” şirkəti idarə heyətinin sədri Pet Gelsinger (Pat Gelsinger), ABŞ Ticarət naziri Cina Raymondo (Gina Raimondo), Ohio senatorları Rob Portman və Şerrod Braunun (Sherrod Brown) iştirakı ilə Ağ Evdə mətbuat konfransı təşkil edilib.

C.Bayden “İntel”in investisiyası ilə bağlı deyib: "Bu, Ohioda ABŞ tarixində çip istehsalına qoyulan ən böyük sərmayədir.

Çiplər gündəlik həyatda az qala bütün cihazların ən mühüm parçası olub. “Covid-19” epidemiyası tədarük çətinliklərinə gətirib çıxardı, çiplərin qiyməti təzyiq altına düşdü.

Çiplər ABŞ-da icad edildi, ancaq bu gün dünyadakı istehsalın 75 faizi Şərqi Asiyadadır. Çin qlobal bazarı əlinə almaq üçün əlindən gələn hər şeyi edir."

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...