Bu ölkədə hər gün 91 adam qətlə yetirilir...

...amma turistlər də gəlməkdə davam edirlər

Meksikada 2021-ci ildə 33308 nəfər, başqa sözlə günə orta hesabla 91 adam qətlə yetirilib.

SİA-nın məlumatına görə, bu məlumat İctimai təhlükəsizlik nazirliyinin son hesabatında yer alır.

Nazir Roza İsela Rordrigez bildirib ki, qətllərin 50%-dən çoxu cəmi 6 ştatda baş verib. Ümumi planda isə adam öldürülməsi cinayətləri azalan xətt üzrə gedir. 2019-cu ildə 34 690, 2020-ci ildə isə 34 554 qəsdən adamöldürmə cinayəti qeydə alınıb.

Meksikada insan ölümü ilə nəticələnən cinayətlər 2006-cı ildə pik həddə çatıb. Həmin il ölkə başçısı narkotacirlərə qarşı kütləvi əməliyyatlara göstəriş verdiyi üçün 340 min nəfər öldürülüb.

Ölkədə eyni zamanda 95 mindən çox adam itkin kimi qeydiyyatdadır. İtənlərin sayının artmasına 1960-80-ci illərdə solçulara qarşı aparılan “çirkli müharibə” səbəb olub.

Kriminogen vəziyyətin ağır olmasına rəğmən, Meksikaya gələn turistlərin sayına görə dünyada yeddincidir. Dünya Turizm Təşkilatının statistikasına görə, 2019-cu ildə ölkəyə 45 milyon turist gəlib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...