Кusiyanın Stariy Oskolda şəhərində Yuliya Minina adlı qadın dünyanın ən böyük pişiyinə sahib olduğunu iddia edib.

SİA bu barədə rus mətbuatına istinadən xəbər vetir, 2 yaşında “Kefir” adlı bu pişiyin çəkisi 12,5 kiloqramdır.

Qeyd edək ki, bu cinsdən olan pişiklər 6,8 ilə 11,3 kiloqram çəki aralığında olurlar. Onun üç və ya dörd yaşında daha ağır olacağı ehtimalı var.

Sahibi bildirir ki, onu bəzən itlə belə səhv salırlar.

Bütün xəbərlər Facebook səhifəmizdə