Maskasız sərnişinə görə Mayami – London reysi icra olunmayıb

ABŞ-ın Mayami şəhərindən Londona uçan təyyarə maska taxmaqdan imtina edən sərnişinə görə geri qayıdıb.

SIA-nın xəbərinə “American airlines” şirkətinə məxsus təyyarə havaya qalxdıqdan bir müddət sonra maska taxmaqdan imtina edən qadın uçuş heyətini təhqir edib. Kapitan geri qayıdaraq Florida aeroportuna enib. Dava salan sərnişin polisə təhvil verilib.

ABŞ-ın Mülki Aviasiya qurumu 2021-ci ilin yanvarından bütün təyyarələrdə maskadan istifadəni məcburi edib. Bu səbəbdən vaxtaşırı olaraq sərnişinlərlə uçuş heyəti arasında insidentlər baş verir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...