Səudiyyəli qadın beş əkiz uşaq dünyaya gətirib

Səudiyyə Ərəbistanında 34 yaşlı qadın beş əkiz dünyaya gətirib.

SİA xəbər verir ki, bu barədə yerli “Saudi Gazette” nəşri məlumat yayıb.

Doğuş yanvarın 12-də Səudiyyə Ərəbistanı Silahlı Qüvvələrinin Təbuk şəhərində yerləşən Kral Salman adına xəstəxanada baş verib.

Qadın bir neçə həftə ərzində adıçəkilən tibb müəssisəsinin mamalıq və ginekologiya şöbəsinin müdiri Attiya əl-Zəhrani başda olmaqla həkimlərin ciddi nəzarəti altında olub.

Yyeni doğulmuş 10 körpənin hər birinin çəkisi 950-1100 qram arasındadır. Onların hamısının tam sağlam olduğu bildirilir.

Məlumat üçün bildirək ki, Kral Salmanın adını daşıyan xəstəxana krallığın ən böyük tibb ocaqlarından biridir. Xəstəxana 1980-ci ildə yaradılıb və ölkədə endoskopiya texnologiyasını tətbiq edən ilk tibb müəssisəsidir.

Bütün xəbərlər Facebook səhifəmizdə